Türkiyə otelləri pulsuz spirtli içkiləri hər şey daxil (all inclusive) sistemindən çıxarmağı planlaşdırır.

İndex.az xəbər verir ki, bu barədə “Turizm Güncel” portalı “Bentour” turoperatorunun baş direktoru Deniz Uğura istinadən bildirib.

Onun sözlərinə görə, məzuniyyət qiymətlərinin aşağı salınması üçün belə aksiyalar lazımdır: “Hazırda müxtəlif mehmanxana sahiblərinin xərclərinin böyük hissəsini spirtli içkilər təşkil edir.

O bildirib ki, mehmanxanalar spirtli içkilərə xərcləri azaltsalar, turlar daha sərfəli ola bilər.

İş adamı əlavə edib ki, o, güclü təsiri olan içkilərdən tamamilə imtina etməyi təklif etmir. Onun fikrincə, "alkoqol paketləri" əlavə olaraq alına bilər.