Bu ilin oktyabr ayında Türkiyənin ixrac rəqəmləri rekord həddə - 22,9 milyard dollar təşkil edib.

İndex.az “TRT Haber” kanalına istinadən xəbər verir ki, bunu ölkənin ticarət naziri Ömər Bolat açıqlayıb.

Onun sözlərinə görə, bu ilin oktyabr ayında ölkənin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,4% artaraq 22,9 milyard dollar təşkil edib: “Beləliklə, oktyabr ayında biz tarixdə ən yüksək ixrac göstəricilərinə nail olduq".

Nazirin sözlərinə görə, Türkiyənin ilin əvvəlindən ixracı 254,4 milyard dollara çatıb və eyni zamanda rekorda imza atıb. Türkiyə səlahiyyətliləri daha əvvəl ilin sonuna qədər ixracı 265 milyard dollara çatdırmaq planlarını açıqlamışdı.