Türkiyə ilə Rusiya arasında ticarət həcmi 62 milyard dollara çatıb.
İndex.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı bildirib.
O qeyd edib ki, iki ölkə rəqəmi 100 milyard dollara çatmağı hədəfləyir. Ərdoğan, həmçinin ticarətdə milli valyutanın istifadə edilməsi məsələsi istiqamətində də işlərin davam etdiyini bildirib.
