Türkiyə Statistika Təşkilatının (TÜİK) 2023-cü ilin birinci yarısı məlumatlarına görə, Türkiyədə elektrikli avtomobil doldurma stansiyalarının sayı 3 min 790-a, şarj nöqtələrinin sayı isə 8 min 1-ə çatıb.

İndex.az xəbər verir ki, bu məlumatlara görə Türkiyə Avropada enerji doldurma stansiyalarına görə Almaniyadan sonra 2-ci yerdə qərarlaşıb.

Ötən ilin sonunda 14 min 552 olan elektrikli nəqliyyat vasitələrinin sayı, ilin ilk 6 ayında yüzdə 88,8 artaraq 27 min 476-ya çatıb.