Türkiyədə avtomobil qiymətləri uzun müddətdir yüksək olduğu üçün milyonlarla insan indi şəxsi nəqliyyat ehtiyacları üçün motosiklet modellərinə müraciət edir. Nəticədə satışlar durmadan artır.
İndex.az xəbər verir ki, bu ilin ilk yarısında Türkiyə Avropada ən çox motosiklet satılan ölkə olub.
Motosiklet Sənayesi Dərnəyinin (MOTED) məlumatlarına görə, 2023-cü ilin yanvar-iyun aylarında trafikə qeydə alınan motosikletlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 132 faizdən çox artaraq 426 min 308-ə çatıb.
