Xızı və Siyəzən rayonlarının, həmçinin Sumqayıt şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

İndex.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, "Sumqayıt-Yaşma" magistral qaz xəttini traktor qazma işləri aparan zaman zədələdiyi üçün qəza halı ilə əlaqədar olaraq qaz təchizatı bu gün saat 10:10-dan dayandırılıb.

Hazırda təmir-bərpa işləri aparılır.