Yaponiyanın avtomobil istehsalçısı “Toyota” şirkəti 2023-cü ilin yanvar-noyabr aylarında qlobal istehsal həcmini 11% artıraraq 9,23 milyon ədəd avtomobilə çatdırıb.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bu, şirkətin 2019-cu ildə müəyyən etdiyi 9,05 milyon avtomobil istehsalının illik rekordundan yüksəkdir.

İlin 11 ayı ərzində “Toyota”nın satışları 7% artaraq 9,37 milyon avtomobil təşkil edib.

Yanvar-noyabr aylarında ABŞ-da satışlar 5% (2,02 milyon avtomobilə qədər), Avropada - 8% (1,02 milyona qədər), Yaponiyada - 31% (1,56 milyona qədər) artıb. Bu arada Çində satışlar 2% azalaraq 1,72 milyon avtomobil olub.

Elektrik mühərrikli “Toyota” avtomobillərinin qlobal satışı isə 11 ay ərzində 34% artaraq 3,34 milyon, hibrid avtomobillər daxil olmaqla 30% artaraq 3,1 milyona çatıb.