Yaponiyanın “Toyota” şirkəti “Land Cruiser Prado”nun yeni nəslini təqdim edib.

İndex.az xəbər verir ki, bu barədə motor1.com saytı məlumat yayıb.

Bu yolsuzluq modeli ABŞ-da “SUV Land Cruiser” kimi təklif olunacaq.

Bildirilir ki, bucaqlı kuzov forması ilə avtomobil yeni “Ford Bronco” və “Land Rover Defender”ə bənzəyir. SUV üç versiyada istehsal ediləcək: "1958" adlı əsas, həmçinin "orta" və yüksək səviyyəli “First Edition” modelləri olacaq.

Avtomobil 330 at gücünə malik 2,4 litrlik dörd silindrli turbo mühərrikə malik olacaq. Onun klassik səkkiz pilləli avtomatik transmissiyası mövcuddur.

Bu modelin satışlarına 2024-cü ilin yazında başlanılacaq. Avtomobilin qiyməti təxminən 55 min dollar təşkil edəcək.