Yaponiyanın “Toyota Motor” şirkəti bu gün ölkədə sistem nasazlığından sonra hələ də fəaliyyət göstərən iki zavodunu bağlamağa qərar verəcək.

İndex.az xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” nəşri məlumat yayıb.

Belə ki, gün ərzində şirkətin Yaponiyadakı bütün müəssisələrinin işi dayandırılacaq.

Əvvəllər bu nasazlıq səbəbindən 14 zavoddan 12-si artıq bağlanmışdı. Uğursuzluğun nədən qaynaqlandığı hələlik məlum olmasa da, bunun sistem xarakterli olduğu qeyd edilir.

Fabriklərin yenidən açılacağı tarix hələlik məlum deyil.