Əsl “Toyota” yolsuzluq avtomobillərinin pərəstişkarları üçün kədərli xəbərimiz var.
İndex.az xarici mətbuata istinadən xəbər verir ki, 17 illik istehsaldan sonra maraqlı və orijinal “Toyota FJ Cruiser” modeli artəq “təqaüdə çıxır”.
Belə ki, ABŞ-da bu model avtomobil bir neçə ildir satılmır. Lakin son vaxtlara qədər bu modeli hələ də bir sıra ölkələrdə - Cənubi Afrika, Çili və Filippində əldə etmək mümkün idi. Ancaq artıq bu sondur. “FJ Cruiser” modelinin satışları, eləcə də istehsalı dayandırılıb.

Qeyd edək ki, “Toyota FJ Cruiser” 2006-cı ildən istehsal olunur. Maşın tək mühərriklə - 6 pilləli mexaniki sürət qutusu və ya "avtomat" ilə işləyən 4,0 litrlik V6 1GR-FE benzinlə işləyən mühərriklə təchiz edilib.
Uzunluğu - 4670 mm, təkər bazası - 2690 mm olan “FJ Cruiser”ə tam ölçülü yolsuzluq avtomobillərinin keçə bilmədiyi yerlərdən keçməyə imkan verir.

“FJ Cruiser”in təqaüdə çıxmasına baxmayaraq, onun hələ də ideoloji varisi ola bilər. Bu varis də benzinlə yox, elektrik mühərriklə işləyən avtomobil olacaq.
Bundan əvvəl də “Toyota” öz görünüşünə görə “FJ Cruiser”in modernləşdirilmiş versiyası adlandırıla biləcək “Compact Cruiser EV” modelinin prototipini nümayiş etdirib.
