Elektrik avtomobilləri heç vaxt dünya bazarının 30%-dən çoxunu tutmayacaq.
İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiyanın avtomobil nəhəngi “Toyota” şirkətinin açıqlamasında deyilir.
Şirkət bildirir ki, həcmin qalan hissəsi isə daxili yanma mühərrikləri, həmçinin hibridlər və sürpriz hidrogen avtomobilləri - hidromobil olaraq qalacaq.
Daha öncə “Toyota” klassik daxili yanma mühərriki ilə yeni modellərin hazırlanmasına davam etmək qərarını elan edib. Baxmayaraq ki, bundan əvvəl şirkət rəsmiləri benzin və dizelin hidrogenlə əvəz edilməsindən danışırdı.
Qeyd edək ki, 2023-cü ildə “Toyota” konserni cəmi 95 min ədəd elektrik avtomobili istehsal edib. Bu da onun ümumi istehsalının təxminən 1%-ni təşkil edir. Onilliyin sonuna qədər “Toyota” bu rəqəmi illik 3,5 milyon ədəd avtomobilə çatdırmağı planlaşdırır.
“Bloomberg” agentliyinin proqnozlarına əsasən, 2040-cı ilə qədər elektriklə işləyən avtomobillərin ümumi avtomobil bazarının 75%-ni təşkil edəcək və onların ən azı 44%-nin istifadə olunacaq. “Toyota”nın təxminləri isə buna tam olaraq ziddir.
