Toğanalı-Kəlbəcər avtomobil yolu, Ömər aşırımında yolların qardan təmizlənməsi işləri davam etdirilir.
İndex.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, nəticədə hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunur.
Xüsusi texnikalar vasitəsi ilə yol açıq saxlanılır, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunur.
Agentlik sürücülərə yollarda diqqətli olmaları, şinləri zəncirlənmmiş nəqliyyat vasitələrindən istifadə etmələrini xahiş edir.
