Çin sosial media platforması "TikTok", tətbiqdə onlayn alış-veriş təklif edən "TikTok Shop" funksiyasını aylarla sınaqdan keçirdikdən sonra ABŞ-da istifadəyə verib.
İndex.az xəbər verir ki, "TikTok" tərəfindən edilən açıqlamada, 150 milyondan çox istifadəçisi olan ABŞ-da "TikTok Shop" funksiyasının mövcud olduğu bildirilib.
Açıqlamada markalara, satıcılara və məzmun yaradıcılarına birbaşa satış imkanı veriləcəyi, istifadəçilərin canlı yayımlar və video məzmun vasitəsilə alış-veriş edə biləcəkləri bildirilib.
Açıqlamada qeyd olunub ki, “TikTok Shop” brendlərə və məzmun yaradıcılarına maraqlarına uyğun olaraq yüksək məşğuliyyətli müştərilərlə əlaqə yaratmaq imkanı yaradır.
2022-ci ilin noyabr ayından ABŞ-da üzərində iş aparıldığı bildirilən "TikTok Shop", Tayland, Vyetnam, Malayziya, Filippin, Sinqapur və Böyük Britaniyada istifadə olunur.
