Avstraliyada bir qadının beynindən 8 sm uzunluğunda yuvarlaq qurd çıxarılıb.

İndex.az xəbər verir ki, hadisə ötən il Kanberrada cərrahiyyə əməliyyatı zamanı qeydə alınıb.

Britaniyada doğulmuş xəstənin zədələnmiş ön lob toxumasından "telə bənzər cisim" çıxarılıb.

Canberra Xəstəxanasının əməliyyat otağının həkimi Sanjaya Senanayake, "Cərrah səkkiz santimetr uzunluğunda, canlı qıvrılan açıq qırmızı qurdu beyindən çıxaranda hər kəs həyatının şokunu yaşadı" dedi.

Senanayake bunun daha əvvəl heç bir insanda görülməmiş yeni bir infeksiya olduğunu vurğulayır.