ABŞ-ın elektrik mühərrikli avtomobil istehsalçısı “Tesla” şirkəti bu ilin ikinci rübündə avtomobil istehsalını və tədarükünü illik müqayisədə 80%-dən çox artırıb.
Bu barədə İndex.az “Tesla” şirkətinin yaydığı hesabata istinadən xəbər verir.
Bildirilib ki, üç hesabat ayında “Tesla” avtomobillərinin istehsalı 85,5% artaraq 479,7 min ədədə çatıb ki, bu da rüblük artımla 8,8% təşkil edib.
Şirkətin “Model S” və “Model X” avtomobillərinin istehsalı illik müqayisədə 18,8% və hər ay 0,3% artaraq 19 489 avtomobilə çatıb.
Eyni zamanda, 460 211 ədəd “Model 3” və “Model Y” avtomobilləri istehsal edilib ki, bu da bir il əvvəlkindən 90%, birinci rüblə müqayisədə isə 9,2% çoxdur.
Bu ilin ikinci rübündə illik müqayisədə 83% və rüblə müqayisədə 10,2% çox olmaqla 466 140 avtomobil tədarük edilib.
“Model S” və “Model X”in tədarükü illik müqayisədə 19%, rüblə müqayisədə isə 79,8% artaraq 19225 avtomobil təşkil edib. “Model 3” və “Model Y”nin tədarükləri illik müqayisədə 87,4% və rüblə müqayisədə 8,4% artaraq 446 915 avtomobil təşkil edib.
