“Tesla” şirkəti özünün ən ucuz versiyası olan “Model Y” krossoverini təqdim edib.

İndex.az xəbər verir ki, şirkət “Model Y Long Range” və “Model Y Performance” modelləri ilə yanaşı indi də sadəcə “Model Y” adlanan versiyası təklif olunur.

“Model 3”dən fərqli olaraq, ən ucuz “Model Y” hələ də iki motorlu tam ötürücülü transmissiya ilə təchiz olunub. Əslində, əsas fərq azaldılmış güc ehtiyatındadır. EPA-nın qiymətləndirməsinə əsasən, “Long Range” modeli üçün 531 km və “Performans” versiyası üçün 487 km ilə müqayisədə 449 km məsafəni qiymətləndirir.

ABŞ-da “Tesla Model Y”-nin bu versiyası ağ eksteryer və qara süni dəri daxili ilə 49 990 dollara satılır (“Long Range” və “Performance” versiyalarının qiyməti müvafiq olaraq 52 990 dollar və 56 990 dollardır). “Tesla”-nın saytında ən ucuz “Tesla Model Y” üçün bu gün sifariş verən müştərilər bu ayın əvvəlində çatdırılma ala bilərlər.

“Tesla Model Y” modeli sıfırdan 96 km/saata 5 saniyəyə sürətlənə bilir, maksimal sürəti isə 217 km/saatdır.