"Tesla" ABŞ-da Model S və Model X avtomobillərinin daha ucuz versiyalarını satışa çıxarıb.
İndex.az xəbər verir ki, "Tesla"nın internet saytında verilən məlumata görə, bazar ertəsi debüt edən hər iki avtomobilin daha ucuz versiyaları adi modeldən 10 min dollar ucuzdur.
Model X standart diapazonu 88 490 dollardan, Model X isə 98 490 dollardan başlayır. Daha ucuz versiya 255 mil ilə 269 mil arasında sürmə məsafəsinə malikdir. Müqayisə üçün qeyd edək ki, standart Model X 330 mil ilə 348 mil arasında məsafəyə və bir qədər yüksək sürətlənmə sürətinə malikdir.
Model S standart aralığı 78 490 dollardan, Model S üçün 88 490 dollardan başlayır. Model S-in daha ucuz versiyası 298 mildən 320 milədək sürmə məsafəsinə malikdir. Standart Model S 375 mil ilə 405 mil arasında məsafəyə malikdir.
