ABŞ-ın “Tesla” şirkəti 2023-cü maliyyə ilinin birinci rübünün nəticələrinə dair hesabatını dərc edib.
İndex.az xarici mətbuata istinadən xəbər verir ki, hesabat dövründə şirkətin gəlirləri 24% artaraq 23,3 milyard dollar məbləğində olub.
Eyni zamanda “Tesla”nın xalis mənfəəti də məhz eyni rəqəmlə azalaraq 2,5 milyard dollara düşüb.
Rüb ərzində şirkət 440 808 avtomobil istehsal edib ki, bu da bir il əvvəllə müqayisədə 44% çoxdur. İstehsal edilən avtomobillərin əsas payı “Model Y” və “Model 3” modelləri təşkil edir.
Bu model avtomobillərin 421 mindən çox olub. “Model S” və “Model X” isə 19 500 ədəddən bir qədər az istehsal edilib. Lakin ikinci halda bu, həm də 37% artım deməkdir. Ümumilikdə, “Tesla” bu il 1,9 milyon avtomobil istehsal etməyi planlaşdırır.
