“Telegram” tətbiqinin tərtibatçıları “Telegram Premium”a abunə olan biznes istifadəçiləri üçün funksiyalar əlavə edən yeniləmə buraxıblar.
İndex.az İz.ru saytına istinadən xəbər verir ki, bununla da, artıq istifadəçilər yeni müştərilərə göndərilə bilən salamlama mesajları əlavə etmək imkanı əldə edirlər.
Bundan əlavə, onların kimə göndəriləcəyini dəqiq müəyyən edə bilərlər. Bu, şəxsi söhbətlər və ya yalnız seçilmişlər olacaq.
Bundan başqa, abunəçilər öz şirkətlərinin iş və ofis saatlarını təyin edə və avtomatik olaraq “İşdə deyil” statusunun göndərilməsini təyin edə bilərlər.
Tərtibatçılar həmçinin məhsul və xidmətlərin foto və videolarını “Stories” formatında da profilində yerləşdirməyə icazə veriblər.
