"Telegram" əvvəlcə "Hekayələr" funksiyasını yalnız "Premium" abunəçilərə açdı.
İndex.az xəbər verir ki, şirkət 10 illik yubileyi üçün yeni funksiyanı pulsuz istifadəçilərinə təqdim etməyə başladı.
"Telegram" "Hekayələri" hər hansı digər proqram kimi işləyir. Əlavə edilmiş foto və videolara məhdud müddət ərzində baxmaq və emoji ilə cavab vermək olar. İkili kamera rejimi sayəsində həm ön, həm də arxa kameralarla eyni vaxtda çəkiliş aparmaq mümkündür.
Stikerlər, yerlər, başlıqlar hekayələrə əlavə edilə bilər. İstifadəçilər öz hekayələrinə kimin baxa biləcəyini və skrinşot çəkib-çəkməməyi müəyyən edə bilərlər. "Hekayələr" istifadəçinin profil səhifəsində görünür.
