Bu ilin yanvar-iyul ayları ərzində gömrük bəyannamələrinə əsasən, Azərbaycan 13 milyard 413 milyon 760,12 min kubmetr həcmində təbii qaz ixrac edib.

İndex.az Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Məlumata görə, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 8 milyard 934 milyon 144,16 min ABŞ dolları təşkil edib.

Hesabat dövrü ərzində ixrac edilən təbii qazın həcmi 2022-ci ilin ilk 7 ayındakı dövründən 5,6 %, dəyəri isə 8,7 % çoxdur.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 43 % olub.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 333 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 7 aylıq xarici ticarət dövriyyəsinin 20 milyard 777 milyon ABŞ dolları ixracın, 9 milyard 556 milyon ABŞ dolları isə idxalın payına düşüb.