Taylor Sviftin 2024-cü ilin dekabrında başa çatan və beş qitədə 149 konserti əhatə edən turu 2 milyard dollardan çox gəlir əldə edib.

İndex.az "ABC News"a istinadən xəbər verir ki, bu uğurdan sonra Svift tura qatılan bütün ekipaj üzvlərinə 197 milyon dollar bonus payladı.

Bu bonusdan yük maşını sürücülərindən tutmuş səs texniklərinə və rəqqasələrə qədər hər kəs faydalandı.