Avqustun 30-da 14 ildən sonra ilk dəfə dünyanın hər yerindən səma həvəskarları yaşanan gözəlliyin şahidi oldular.

İndex.az xəbər verir ki, Super Mavi Ay bir çox ölkədə yay fəslinə təsadüf etdiyi üçün açıq səmada füsunkar görüntülər açıb. Super Mavi Ay sonuncu dəfə 2009-cu ildə peyda olub.

Mavi, Aya rənginə görə verilən ad deyil. Bəs niyə bu adı alır?

Mavi Ay iki və ya üç ildən bir, eyni ayda iki dəfə tam ay baş verdikdə müşahidə edilə bilər.

Normalda Ay ildə 12 dəfə tam ay mərhələsinə daxil olur. Yəni ayda bir dəfə tam ay müşahidə edilir. Bunların hər birinin Çiyələk Ayı, Məhsul Ayı və ya Qurd Ayı kimi xüsusi adları var.

Ancaq Mavi Ay bir az fərqlidir.

Ayın fazaları hər 29,5 gündə təkrarlanır. Fazaların il ərzində 12 dəfə təkrarlanması üçün 354 gün lazımdır. Bir il 365 və ya 366 gün davam etdiyi üçün ilin 13-cü tam ayı normal nomenklaturaya uyğun gəlmir. Buna görə də onu Mavi Ay adlandırırlar.

Mavi ay da super ay kimi baş verir. Çünki Yerin peyki öz orbitində Yerə ən yaxın nöqtədə yerləşir.