Bu ilin yanvar-iyul aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təxminən 3 milyard manat təşkil edib.
İndex.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4% çoxdur.
7 aylıq daxilolmaların 1,9 milyard manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 15,6% çoxdur.
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 105,2 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,6% çoxdur. O cümlədən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,8% artaraq 76,6 milyon manata çatıb.
7 ay ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə ötən ilin eyni dövrünə nisbətən 16,9% artaraq 536,2 milyon manat təşkil edib. O cümlədən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 19,5% artaraq 372,3 milyon manat olub.
