Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda Qaz məhsullarının qəbulu və buraxılışı sahəsində yanğın baş verib.
İndex.az bu barədə "SOCAR Downstream Management" MMC-yə istinadən xəbər verir.
Məlumata görə, ilkin ehtimala görə yanğın xammal tutumunda baş verib.
Bildirilir ki, yanğın qeydə alındıqdan sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hazırda müvafiq soyutma tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Yanğın zamanı bir nəfər yüngül xəsarət alıb.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
