Ölkənin qabaqcıl tütün məmulatları istehsalçısı olan “Tabaterra” QSC-də tütün məmulatlarının istehsalı və təminatı ilə bağlı hər hansı bir problem yoxdur.
Bu barədə İndex.az-a cavab olaraq "Tabaterra QSC"-dən məlumat verilib.
"Qeyd edirik ki, ictimaiyyətdə qiymət artımı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və məhsullarda heç bir qiymət artımı baş verməyib", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, bu gün ölkə mətbuatında mağazalarda siqaret qıtlığı yaşanması ilə bağlı məlumatlar yayılıb.
Məlumatda satıcılara istinadən bildirib ki, hər bazar ertəsi günü mağazalara mal gətirən firmalar bu həftə gəlib çıxmayıb: “Firmalar məhsul vermir. Siqaretin topdansatış yerlərində isə bəzi siqaretlərin bir blokunda bir manat bahalaşma var. Firmalardan satıcılara bildiriblər ki, siqaretin qiymətləri dəyişəcəyindən müvəqqəti problem yaşanır".
