Şimali Koreya Cənubi Koreyaya qarşı nüvə hücumunu simulyasiya etdiyini açıqlayıb.
İndex.az xəbər verir ki, Pxenyan, həmçinin təlimlər çərçivəsində iki qısa mənzilli taktiki ballistik raketin buraxılışını elan edib.
Mövzu ilə bağlı dövlət mediasında yer alan xəbərlərdə sınağın ABŞ-a bölgəyə strateji bombardmançı təyyarələr göndərməsi ilə bağlı xəbərdarlıq olduğu qeyd edilib.
Pxenyan bu cür təlimləri müharibənin məşqləri kimi görür və pisləyir.
Seul Şimalın atdığı ballistik raketlərin dənizə düşdüyünü açıqlayıb.
