Şimali Koreya prezidenti Kim Çen In ölkənin Baş Qərargah rəisi Pak Su İli vəzifəsindən azad edib və müharibə hazırlığına çağırıb.

İndex.az xəbər verir ki, ölkənin rəsmi xəbər agentliyi Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) xəbər verir ki, Koreya Fəhlə Partiyasının Mərkəzi Hərbi Komissiyasının bu gün keçirilən iclasında müdafiə naziri Ri Yonq-gil Pak Su İli əvəzləyib.

Xəbərdə Ri-nin nazir vəzifəsini davam etdirib-etməyəcəyinin hələ dəqiq olmadığı bildirilərkən, keçən il təyin olunan Pakın vəzifədən niyə uzaqlaşdırıldığı ilə bağlı məlumat paylaşılmadı.