"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin Müşahidə Şurasının üzvlərindən biri dəyişib.

İndex.az Assosiasiyaya istinadən xəbər verir ki, ASA-nın təsisçilərinin növbəti iclası keçirilib. İclasda ləğv edilmiş "Azərsığorta" ASC-nin nümayəndəsi "Meqa Sığorta" ASC-nin nümayəndəsi ilə əvəz edilib. Şuranın yeni üzvünün namizədliyini bütün təsisçilər dəstəkləyib.

Müşahidə Şurasında 9 sığorta şirkəti təmsil olunur.