Şamaxı rayonunun bir sıra kəndlərində üç gün müddətində qaz təchizatında fasilə yaranacaq.

İndex.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Altıağac-Ağsu” magistral qaz kəmərinə yeni çəkilmiş yüksək təzyiqli magistral qaz kəmərinin birləşdirilməsi ilə bağlı noyabrın 1-3-də (3 gün müddətində) “Mədrəsə” Qaz Paylayıcı Stansiyalardan qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Şamaxı rayonunun Mədrəsə qəsəbəsinin və Adnalı, Kərkənc, Mirikənd, Məlikçobanlı, Çaylı, Qaravəlli, Sabirli, Çarhan, Quşçu, Məlcək, Kələxana, Göylər, Dağ Bağırlı, Nüydü, Yenikənd kəndlərinin qaz təchizatında  müvəqqəti fasilə yaranacaq.