"Ödənişli Bakı-Quba yolunda sürət həddini göstərən yol nişanları sürücülərə xatırlatma məqsədilə qurulub. Kim istəyirsə artıq sürsün”.

Bu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov Baku TV-ə açıqlamasında deyib.

O, bildirib ki, Azərbaycanın magistral yollarında maksimal sürət həddi 110 km/saat qəbul olunub:

"Biz sürücülərə xəbərdarlıq üçün həmin nişanları quraşdırmışıq. Orada heç bir radar və nəzarət yoxdur. Sürət həddini 110 km/saat-dan yuxarı kim sürmək istəyirsə, sürsün”.

 

[embed]https://www.youtube.com/watch?v=zi4nya1kTOI&t=3s[/embed]