Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 51,2 milyon ABŞ dolları dəyərində şaftalı ixrac edib.

İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayında bildirilir.

İcmala əsasən, bu, 2022-ci ilin 9 ayı ilə müqayisədə 18,6 milyon ABŞ dolları və ya 57,05 % çoxdur.