Dünyanın ən böyük mesajlaşma proqramı olan “Whatsapp”, oktyabrın 24-dən etibarən bəzi smartfonlarda işləməyəcək.
İndex.az xarici mətbuata istinadən xəbər verir ki, Vatsap oktyabrın 24-dən etibarən “Google” mobil əməliyyat sisteminin “Android 5.0” və daha köhnə versiyalarında mövcud olmayacaq.
“Google Nexus 7”, “Sony Xperia Z”, “LG Optimus G Pro” və “HTC One” kimi bir vaxtların məşhur telefonları artıq “Whatsapp”ı dəstəkləməyəcək.
Bundan əlavə, “Samsung”un “Galaxy Note 3” və “Galaxy S4” də “Whatsapp” dəstəyini itirəcək.
