May ayının 17-də saat 15:00-da "Facebook" və "Instagram" sosial şəbəkələri üzərindən “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinin növbəti canlı yayımı planlaşdırılır.

İndex.az bu barədə “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilir ki, abonentlər qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda müraciətlərini edə bilərlər.