Bu ilin yanvar-avqust aylarında Rusiya büdcəsinə neft-qaz sənayesindən daxilolmalar 1,62 dəfə azalıb.

İndex.az xəbər verir ki, bu barədə Rusiyanın Maliyyə Nazirliyinin məlumatında deyilir.

Beləliklə, 2023-cü ilin ilk səkkiz ayında neft-qaz sənayesindən əldə olunan gəlirlər 2022-ci ildəki 7,818 trilyon rubla qarşı 4,836 trilyon rubl təşkil edib.

Bu ilin avqust ayında isə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 4,3% azalaraq 642,7 milyard rubl təşkil edib.