Rusiyanın Azərbaycanda törəməsi olan “VTB Bank”ı İranda nümayəndəliyini açıb.
İndex.az xəbər verir ki, bu barədə İranın sənaye, mədən və ticarət nazirinin müavini, İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlirza Peyman-Pak özünün “Twitter” hesabında yazıb.
Onun sözlərinə görə, Ticarətin İnkişafı Təşkilatının davamlı səyləri və dəstəyindən sonra Rusiyanın ikinci ən böyük bankı olan “VTB Bank” İranda öz nümayəndəliyini açıb.
O qeyd edib ki, VTB İranda nümayəndəlik açan ilk Rusiya bankıdır.
Qeyd edək ki, VTB-nin üç xarici nümayəndəliyi (Çin, İtaliya və Qırğızıstan) və iki xarici (Çin və Hindistan) filialı var.
Xatırladaq ki, Rusiyanın “VTB Bank”ın Azərbaycanda da fəaliyyət göstərir. “Bank VTB (Azerbaijan)” ASC “VTB Bank” ASC-nin törəmə bankıdır. Səhmdarları “ VTB Bank” ASC və “AtaHolding” ASC-dir.
