Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, onun ölkəsi Gürcüstanın separatçı bölgələri olan Cənubi Osetiya və Abxaziyanı ilhaq edə bilər.
İndex.az xəbər verir ki, Rusiyanın keçmiş prezidenti Medvedev “Arqumentı I faktı” qəzetində dərc olunan məqaləsində “Rusiyaya birləşmə ideyası hələ də Abxaziya və Cənubi Osetiya regionlarında çox populyardır” deyə yazıb.
Rusiyanın Ukraynaya təcavüzündən sonra ölkənin ən sərt siyasi səslərindən birinə çevrilən Medvedev deyib: “Əgər yaxşı səbəblər varsa, ilhaq mümkün olacaq”.
Sovet İttifaqının dağılmasından sonra Gürcüstan yuxarıda qeyd olunan bölgələrə nəzarəti itirmişdi. Moskva bu regionların müstəqilliyini 2008-ci ildə Gürcüstanın Cənubi Osetiyaya nəzarəti güc yolu ilə geri qaytarmaq cəhdinə təcavüzlə cavab verməsindən sonra tanıyıb.
Bundan sonra Rusiyanın Gürcüstanla münasibətləri yumşalsa da, Medvedev Qərbi Gürcüstanın NATO-ya qəbulu ehtimalını artırmaqla gərginlik yaratmaqda ittiham edib.
Medvedev regionların müstəqilliyinin tanınmasının 15-ci ildönümünü qeyd edən məqaləsində mümkün ilhaq məsələsinə toxunaraq, narahatlığımız reallaşmağa yaxınlaşarsa, gözləməyəcəklərini bildirib.
