Sanksiyalar Rusiyada bir çox sektora mənfi təsir göstərsə də, şirkətlər alternativ bazarlara üz tutaraq iqtisadi itkiləri azaltmağa çalışır.
İndex.az xəbər verir ki, Ukrayna müharibəsi ilə əlaqədar cəbhəyə gedən və ya səfərbərlik üçün Rusiyanı tərk edən yüz minlərlə vətəndaşın yaratdığı kadr çatışmazlığı hökuməti və şirkətləri narahat edən əsas problemlərdəndir.
Rusiya Mərkəzi Bankının araşdırmasına görə, Rusiya şirkətlərində kadr çatışmazlığı ilin birinci rübündə ilk dəfə sorğunun keçirildiyi 1998-ci ildən bəri ən yüksək həddə çatıb. Araşdırmada kadr çatışmazlığının ən çox istehsal və nəqliyyat sektorlarında hiss olunduğu diqqətə çatdırılıb.
