Rusiya təxminən yarım əsrdə Ayın səthinə yumşaq eniş edən ilk kosmik missiyanı həyata keçirib.

İndex.az xəbər verir ki, "Luna 25" adlı missiya ilə Rusiya Ayın cənub qütbünə enən ilk ölkə olmaq məqsədi daşıyır.

Kosmik gəmi "Soyuz-2.1b" raketi ilə birlikdə təyin olunmuş vaxtda Rusiyanın Uzaq Şərqindəki "Vostochnıy" Kosmik Bazasından orbitə buraxılıb.

Ayın cənub qütbünün su yataqlarının ola biləcəyi güman edilir.

Tapılacaq mümkün su ehtiyatları Ayın kəşfiyyatı üçün dönüş nöqtəsi ola bilər.

Rusiyanın “Roskosmos” kosmik agentliyinin direktoru “İnterfaks”a bildirib ki, onlar kosmik gəminin avqustun 21-də Aya enməsini gözləyirlər.

Sovet İttifaqı dövründə 22 avqust 1976-cı ildə həyata keçirilən sonuncu missiya Luna 24 adlandırıldı.

Keçən ay Hindistan da Aya zond göndərib. “Çandrayaan-3” adlı Hindistan missiyasının da avqustun 23-də Aya enməsi gözlənilir.