Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiyanın avqust ayında neft ixracını gündəlik 500 min barel azaldacağını açıqlayıb.

İndex.az xəbər verir ki, Novak bəyanatında bildirib ki, neft bazarını sabitləşdirmək üçün Rusiya avqust ayında qlobal bazarlara neft ixracını azaltmaqla neft tədarükünü könüllü olaraq sutkada 500 min barel azaldacaq.

Ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının avqust ayında gündəlik neft hasilatını bir milyon barel azaltmağa davam edəcəyini açıqlamasından sonra neft qiymətləri yüksəldi.