"Tass" Agentliyinin xəbərində Rusiyanın neft ixracını azaltmağa başladığı qeyd edilib.
İndex.az xəbər verir ki, Energetika naziri Nikolai Shulginov açıqlamasında, iyul ayından artıq ixtisarlara başladıqlarını deyib.
Bu ayın əvvəlində baş nazirin müavini Aleksandr Novak bildirmişdi ki, Rusiya qlobal bazarı sabitləşdirmək üçün avqust ayında neft ixracını gündəlik 500 min barel azaldacaq. Elə həmin gün Səudiyyə Ərəbistanı hasilatın sutkada 1 milyon barrel azaldılmasını gələn aya qədər uzatmağa söz verdi.
