Rusiya Mərkəzi Bankı avqustun 15-də növbədənkənar faiz iclası keçirmək qərarına gəlib.
İndex.az xəbər verir ki, qurumdan verilən açıqlamada növbədənkənar iclasın keçiriləcəyi, daha sonra mətbuat konfransının keçiriləcəyi bildirilib.
Rusiya Mərkəzi Bankı ötən ay uçot dərəcəsini bir bənd artıraraq 8,5 faizə çatdırıb.
Daha ətraflı məlumat verilməyən görüş rublun sürətlə ucuzlaşmasından sonra baş tutub.
