Rusiya məhkəməsi "Tinder" sosial şəbəkəsini 10 milyon rubl cərimələyib.
İndex.az xəbər verir ki, buna səbəb "Tinder"in rusiyalıarın şəxsi məlumatlarını lokallaşdırmaqdan təkrar imtina etməsi olub.
Qeyd edək ki, "Tinder" iyunun 30-da Rusiyada fəaliyyətini dayandırıb. Bu, şirkət üçün ikinci belə cərimədir - ötən ilin iyununda ona 2 milyon rubl cərimə kəsilib.
