Rusiyanın avtomobil istehsalçısı “AvtoVAZ” öz avtomobillərini İranda satmağa başlayacaq.

İndex.az xəbər verir ki. bu barədə “RİA Novosti” şirkətin xarici bazarlarda satış və biznesin inkişafı departamentinin rəhbəri Andrey Vladimirtsevə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İran bazarı Rusiya avtomobillərini almağa və onlara xidmət göstərməyə hazırdır: “Yəni müştərimiz buradadır və bu bazar çox böyük və çox maraqlıdır. Ümumiyyətlə, İran “Lada”nın ixracı üçün çox prioritet, çox vacib bazardır”.

O bildirib ki, brendin İranda təmsilçisi olacaq tərəfdaş artıq tapılıb. Ölkədə “Vesta”, “Granta” və “Niva Travel” modelləri təqdim olunacaq. Gələcəkdə “AvtoVAZ” öz avtomobillərini İranda istehsal etməyə başlayacaq.