Britaniyanın lüks avtomobil istehsalçısı "Rolls-Royce" bu günə qədər özünün ən xüsusi avtomobillərindən biri olan "Amethyst Droptail" modelini təqdim etdi.

İndex.az xəbər verir ki, tamamilə xüsusi sifarişlə istehsal olunan avtomobil, dizaynı və xüsusiyyətləri ilə hərkəsi heyran edib.

"Rolls-Royce" dizaynerləri avtomobilin aerodinamik quruluşunu təmin edərkən xam ağac materialından istifadə ediblər. Şirkət bunun dünyada bir ilk olduğunu deyir.

Avtomobildə xam ağacdan istifadə etməyin nə qədər riskli olduğunu düşünə bilərsiniz. Günəş, yağış və toz kimi faktorlar ağacın ömrünə birbaşa təsir edir. Şirkət müştərisinin heç bir problem yaşamaması üçün təkcə ağac materiallarına 8000 saatdan çox vaxt sərf edib.

"Rolls-Royce Amethyst Droptail"in içərisinə baxdığımızda xaricində istifadə edilən taxta örtünün davam etdiyinin şahidi oluruq.

Mərkəzi konsolda Vacheron Constantin tərəfindən əl istehsalı qurulan saat detalı olan avtomobil analoq displey və xarici rəngə uyğun olan detallara malikdir.