"Real Madrid" və "Arsenal" klublarının sabiq futbolçusu Məsut Özil Türkiyədə siyasi karyeraya başlamaq qərarına gəlib.
İndex.az bu barədə “Turkiyenewspaper” nəşrinə istinadən xəbər verir.
Mənbənin sözlərinə görə, keçmiş futbolçu Türkiyə parlamentinə namizəd olacaq. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim partiyaya qoşulmağa hazırlaşır.

Yarımmüdafiəçinin çıxış etdiyi son klub 2022-ci ilin yayında futbolçusu olduğu Türkiyənin “İstanbul Başakşehir” klubu olub. Bundan əvvəl o, Türkiyənin “Fənərbağça”, Almaniyanın “Şalke 04” və “Verder Bremen”, İngiltərənin “Arsenal” və İspaniyanın “Real Madrid” klublarında da çıxış edib.
Özil Almaniya millisi ilə 2014-cü il Dünya Çempionudur. 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatında o, milli komanda ilə birlikdə bürünc medallar qazanıb. Ümumilikdə o, millinin heyətində 92 oyun keçirib.
