2033-cü ilə qədər qlobal turizm sənayesinin həcmi 2019-cu illə müqayisədə 50% artaraq 15,5 trilyon dollara çatacaq ki, bu da qlobal iqtisadiyyatın təxminən 11,6%-ni təşkil edəcək.

İndex.az xarici mətbauata istinadən xəbər verir ki, bu barədə Dünya Turizm və Səyahət Şurasının (WTTC) proqnozunda deyilir.

Proqrona əsasən, 2022-ci ildə səyahət və turizmdən ən çox gəlir əldə edən ilk beş ölkə (ÜDM-ə nisbətdə) pandemiyadan əvvəlki 2019-cu ildə olduğu kimi qalıb. Bunlar ABŞ, Çin, Almaniya, Yaponiya və Böyük Britaniyadır. İlk 10-luğa isə Fransa, Meksika, İtaliya, Hindistan və İspaniya da daxildir.

WTTC ekspertləri hesab edirlər ki, qlobal turizm sənayesində 2023-cü ilin sonunda 430 milyon insan işləyəcək. Bu, dünyadakı bütün iş yerlərinin təxminən doqquzda bir hissəsini təşkil edir.

Gözlənilir ki, turizm sənayesi qlobal iqtisadiyyatdan daha sürətlə böyüyəcək.