Rusiya prezidenti Vladimir Putinin imzaladığı qərara əsasən, qeyri-dost ölkələrlə əldə olunan gəlirlərə və aktivlərə ikiqat vergitutmanı əhatə edən sazişlərin müddəaları ləğv edilib.

İndex.az xəbər verir ki, Rusiya hökumətinə sözügedən müddəaların ləğvinin iqtisadiyyata təsirini azaltmaq tapşırıldığı fərmanda Rusiya Xarici İşlər Nazirliyinə də ləğvetmələr barədə lazımi məlumatları müvafiq ölkələrə təqdim etmək tapşırılıb.

Qərb ölkələri Ukrayna müharibəsinə görə, Rusiyaya qarşı hərtərəfli sanksiyalar tətbiq etdiyi halda, Rusiya da bu ölkələrə qarşı sanksiyalar tətbiq edir.