Bu ilin sentyabrın 1-nə Azərbaycanda pul bazası 18 milyard 116,9 milyon manat təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,8% azdır.

Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 3,8%, son 1 ildə isə 11,8% artıb.