Nyu-York polisi küçələrdə patrul çəkmək üçün “Boston Dynamic” şirkətinin istehsalı olan “Digidog” robotlarından istifadə etməyə başlayıb.
İndex.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Bildirilib ki, bu barədə şəbəkədəki videolardan məlum olub. Yeni qurğular “Tayms” meydanında keçirilən mətbuat konfransında təqdim edilib. Şəhərin ilk robot polis iti 2020-ci ildə keçmiş mer Bill de Blasio tərəfindən icarəyə götürülüb.
Nyu-Yorkun hazırkı rəhbəri Erik Adams bildirib ki, tənqidçilərin bəhanələrinə uymayacaq və robot itdən əl çəkməyəcək: “Mən şəhər üçün ən yaxşısını tapmaq üçün çalışıram".
O bildirib ki, uzaqdan idarə olunan 32 kiloqramlıq “Digidog” girov vəziyyətləri kimi təhlükəli vəziyyətlərdə də istifadə olunacaq: “Əgər sizin binada silahlı şübhəli, eləcə də girovlar varsa, o zaman ora polis göndərmək əvəzinə “Digidog”u göndərəcəyik”.
